Modern.az

Avropa İttifaqının Rusiya və Türkiyə siyasəti Azərbaycana necə təsir edir?

Avropa İttifaqının Rusiya və Türkiyə siyasəti Azərbaycana necə təsir edir?

Aktual

3 Dekabr 2016, 14:00

Son zamanlar Avropa İttifaqı (Aİ) tərəfindən Rusiya və Türkiyəyə qarşı sərt qərarlar qəbul edilir. Aİ tərəfindən verilən bu qərar Türkiyə və Rusiyada etirazla qarşılanır, ədalətli mövqe tələb edilir.

 

Bəs Aİ-nin Türkiyə və Rusiya ilə bağlı siyasətinin Azərbaycana hansı təsirləri ola bilər?

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Rusiya beynəlxalq arenadakı hərəkətləri ilə münasibətləri kifayət qədər korlayıb.

 

“Rusiyaya tətbiq edilən sanksiyalar onun iqtisadiyyatına təsir etsə də, siyasi elitasına təsir etmir. Rusiya Avropa Birliyini parçalamaq, sıralarından müəyyən deputatları qoparmaq xətti götürüb. Avropa İttifaqı Rusiyaya qarşı tamamilə haqlı hərəkət edir.  Avropa öz təhlükəsizliyini düşünərək bəzi sanksiyalar tətbiq  etməyə məcburdur. 

 

Avropa İttifaqının Rusiyaya qarşı atdığı addımların bizə heç bir təsiri yoxdur. Rusiya son dövrlərdə Azərbaycanla dostluq münasibətlərə ciddi kölgə salmağa başlayıb. Rusiya ərazimizi işğal edən dövləti himayə dövlətlərdən biridir”.

Ekspertin Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra kütləvi həbslər olmasını da xatırladıb?

 

“Ölkədə 90 mindən çox adam işdən çıxarılıb, 63 mindən çox insan həbs edilib. Avropa İttifaqı da bunları əsas götürərək Türkiyənin Avropa Birliyinə qatılması ilə bağlı müzakirələri dondurub.

 

Avropa İttifaqının Rusiya və Türkiyə ilə münasibətlərinin pozulmasının Azərbaycana heç bir təsiri olmayacaq. Azərbaycan həm bölgədəki dövlətlərlə, həm də digər dövlətlərlə münasibətlərində uğurlu nəticələrə imza atıb”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu