Moskvanın mərkəzindəki mənzilərdən birindən son iki ilin ən böyük miqdarda oğurluğu olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, oğrular erməni əsilli biznesmen David Davtyanın evindən ümumi dəyəri 86 milyon rubl olan eksklüziv saat kolleksiyasını aparıblar.
Oğurlanan saatlar bunlardır:
1. Hublot Big Bang markasından olan qızıl saatlar – 6 ədəd. Hər birinin dəyəri 2 milyon rubldur.
2. Hublot markasından olan Skeleton modelli qızıl saat – dəyəri 10 milyon rubldan çoxdur.
3. Ağ qızıldan və brilliant daşlarla bəzənən Hublot saatı – 3 milyon rubldan bahadır.
4. Patek Phillip qızıl saatı – 35 milyon rubldan bahadır.
5. Maurice Lacroix markasından olan polad saat – dəyəri 500 min rubldur.
6. Breguet Tourbillon qızıl saatı – 15 milyon rubladır.
7. Fred markalı qızılri və polad qatışığından olan saatlar – biri 2,5 milyon rubldur.
8. Göy yaqut və brilliantlı Hublot saatı, iki ədəd – birinin qiyməti 1,5 milyon rubldur.
9. Poladdandan olan AVİ saatları. Dəyəri məlum deyil. Biznesmenin atasına 10il əvvəl hədiyyə olunublar.
10. Patek Philippe saatı – iki ədəd – hər birinin dəyəri 15 min ribldur.
11. Frederique Constant qızıl saatları – iki ədəd – hərəsinin dəyəri 250 min rubldur.
12. Cartier qızıl saatları – biri 1,5 milyon rubldur.
Bundan əlavə erməninin evindən qaz tapançası və 7 güllə (ümumi dəyəri 15 min rubldur) aparılıb.
Cinayətkarlar son anda dolabdakı 5 min avronu da götürməyi yaddan çıxartmayıblar.
Oğrular evdə gözəgəlimli nə varsa yığışdırandan sonra cəld avtomobilə oturaraq uzaqlaşıblar. Hazırda onların saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.