Modern.az

“Bizi qardaşlıq əlaqələri bağlayır” - YENİLƏNİB  

“Bizi qardaşlıq əlaqələri bağlayır” - YENİLƏNİB   

Aktual

3 Dekabr 2016, 19:09

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb. Mövlud Çavuşoğlu deyuib:

“Mən buraya gəlməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab Prezident bizi qəbul edəcək. O dedi ki, cənab Prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, onun bir tapşırığı varmı?”.

Türkiyə Prezidentinə möhkəm cansağlığı arzulayan Azərbaycanın dövlət  başçısı deyib: “Bilirsiniz ki, hörmətli Prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”.

Prezident İlham Əliyev ölkələrimizin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

 
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu