Modern.az

Polislər arasında ATIŞMA: Beş nəfər öldü

Polislər arasında ATIŞMA: Beş nəfər öldü

4 Dekabr 2016, 16:26

Kiyev vilayətinin Knyajiçi qəsəbəsindəki atışmada 5 nəfər ölüb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu haqda özünün Facebook səhifəsində deputat Anton Qeraşenko məlumat yayıb.

 Kiyev polisi cinayət axtarış bölməsinin əməkdaşları Knyajiçada qarətə hazırlıq getdiyi haqda məlumat alıb. Həmin yerə cinayət axtarış qrupu ilə yanaşı, xüsusi dəstə də gedib.

 Qəsəbənin küçələrindən birindəki şəxsi evdə polislər yerləşiblər. Onlara vəziyyətə nəzarət və əmr verilən kimi quldur dəstəsinin saxlanılması tapşırığı verilib.

 

“Bu vaxt qonşu evdəki mühafizə siqnalı avtomatik rejimdə işə düşüb. Bu yerə dövlət mühafizə xidməti dəstəsi gəlib, onlar iki kəşfiyyatçı polisi saxlayıblar. Həmin vaxt ələ keçirmə qrupu, belə ehtimal olunur ki, kəşfiyyat əməkdaşlarının dara düşdüklərini, cinayətkarların onları yaxaladıqlarını düşünürək mikroavtobusla dövlət mühafizə xidməti əməkdaşlarının iki kəşfiyyatçı polisi saxladıqları küçəyə gediblər” , - Qeraşenko yazıb.

 

Nəticədə dövlət mühafizə xidməti əməkdaşları ilə digər dəstə arasında atışma olub. Dövlət mühafizə xidmətinin iki əməkdaşı ölüb, həlak olan daha iki nəfər kəşfiyyatçı polisdir, bir nəfər isə xüsusi dəstənin əməkdaşıdır.

 

Atışma səsini eşidib qaçmağa cəhd edən 3 qarətçi də saxlanılıb. Onlardan odlu silah götürülüb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU