Modern.az

Dörd ölkə BMT Baş Assambleyasına müraciət etdi: təcili iclas keçirilməlidir

Dörd ölkə BMT Baş Assambleyasına müraciət etdi: təcili iclas keçirilməlidir

4 Dekabr 2016, 16:31

Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri Suriyanın Hələb şəhərində vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının təcili iclasının keçirilməsi üçün müraciət ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkələr BMT Təhlükəsizlik Şurasının konsensus olmadığı üçün bu məsələni həll edə bilmədiyini nəzərə alıb, BMT Baş Assambleyasının təcili iclasının keçirilməsini vacib hesab ediblər.

 

Hələbdə hazırda hökumət və azad Müxalif Suriya Ordusu arasında qanlı döyüşlər gedir. Şəhərin şərq hissəsi müxaliflərin nəzarətindədir. Müxalifləri mühasirəyə alan Suriya ordusu hücumlarını davam etdirir. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU