Filippinin vitse-prezidenti Leni Robredo dövlət başçısı Rodriqo Dyterte ilə fikir ayrılığına görə istefa verdiyini elan edib.
Modern.az xarici mediaya istinadən bildirir ki, Robredo Dutertenin narkotik alverindən günahlandırılanların məhkəməsiz öldürülməsi siyasətinin əleyhinədir.
“Vəzifəmin alınacağı və sui-qəsd barədə mənə xəbərdarlıq etmişdilər.
Əvvəlcədən prezidentlə aramızda məhkəməsiz öldürülmə, edam cəzasına qayıdışla bağlı aramızda ciddi fikir ayrılığı olub.
Mən bu administrasiyanın yaxşı təşəbbüslərini dəstəkləyəcəyəm.
Ancaq mən seçilən vitse-prezident kimi xalqın iradəsini aldatmağa imkan vermərəm.
Mən Fillippin xalqına xidmət etməkdə davam edəcəyəm”, - o, bəyan edib.
Modern.az