2010-cu ildə şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2 dəfədən çox artaraq 118 mini keçib. Görülən kompleks işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də enib. Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirlib. Sənəddə qeyd edildiyinə görə, ölkədə onkoloji xəstəliklərin aşkarlanması artıb, bu xəstəlikdən ölənlərin sayı isə azalıb. Belə ki, 2009-cu ildə bədxassəli şişlər 7653 nəfər də aşkarlanıbsa, 2010-cu ildə bu rəqəm 8119 olub. 2009-cu ildə bu xəstəlikdən 5406 nəfər ölübsə, 2010-cu ildə isə bu rəqəm 5347 nəfərə enib.
Rəsmi məlumata görə, hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 21 dializ mərkəzində 1500-ə yaxın xroniki böyrək xəstədi hemodializ seansları və müvafiq vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.
Vərəm xəstəliyinin əsas epidemioloji göstəricilərinin də yaxşılaşdığı bildirilir. 2010-cu ildə vərəmin erkən aşkarlanması əvvəlki ilə müqayisədə 29 fazi artıb və vərəmdən ölənlərin sayı azalıb. Belə ki, 2009-cu ildə 4797 nəfərə həyatında ilk dəfə aktiv vərəm diaqnozu qoyulubsa, 2010-cu ildə bu rəqəm 4611 nəfər olub. 2009-cu ildə vərəm xəstəliyindən ölənlərin sayı 517, 2010-cu ildə isə 408 nəfər olub. Hesabata görə, stasionar tibb müəssisələrində mülaicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatının yaxşılaşdırlması istiqamətində də işlər görülüb. Bakı şəhərində fəaliyyət göstərən 17 mərkəzləşdirilmiş təhcizat məntəqəsi tərəfindən xəstəxanaların ərzaq və zəmanətli paketə daxil olan dərmanlarla təminatı tam ödənilir, bu ildən xəstələrə pəhriz yeməkləri də verilir.
Modern.az