İnsan itkisi sayına görə ən böyük təyyarə qəzası 20 il əvvəl Hindistanda baş verib.
Modern.az Qazaxıstanın İl-76 və Səudiyyə Ərəbistanının təyyarələrinin qəzası ilə bağlı materialı təqdim edir.
Hindistanın Xaryana ştatının Çarxi Dadri şəhəri yaxınlığındakı kəndlərdən birində - Dehlidən cəmisi 100 kilometr aralıda adi sakit bir gecə idi.
Hindistanın ən böyük Divali bayramı ilə əlaqədar fişənglərin atılması yenicə səngimişdi və sakinlər adi iş günündən qayıdırdılar. Həftənin ikinci günüydü, ona görə kəndlilərin çoxu iş gününü yekunlaşdırmağa hazırlaşırdılar.
Düz saat 18:45-də, Hindistan üçün qeyri-adi dəqiqliyi ilə həftədə 3 dəfə bu kənd üzərindən Boeing 747, Səudiyyənin Saudi Airways hava şirkətinin SVA 763 reysini həyata keçirən təyyarə keçirdi.
Bu hadisə 1996-cı il noyabrın 12-də olub. Bu kəndin üzərində tarixdə ən böyük aviasiya qəzalarından biri baş verib. Bu həm də itki sayına görə də tarixə düşüb.
Kapitan Xalid Əl-Şubaylinin kapitanı olduğu Dehli-Ciddə 763 reysini yerinə yetirən təyyarənin göyərtəsində, Səudiyyə Ərəbistanından çörəkpulu qazanmağa gedən hindistanlı fəhlələr və neftçilər olublar.
Həmin gecə Şimkənd-Dehli marşrutu ilə 44 yaşlı Aleksandr Çerepanovun idarə etdiyi Qazaxıstandan İl-76 TD yük təyyarəsi uçurdu. “Eyr Qazaxıstan”a məxsus UN-76435 nömrəsi ilə qeydiyyatdan keçən yük təyyarəsinin gəyərtəsində 10 ekipaj üzvü və 27 sərnişin olub. Təyyarə Qırğızıstanın şirkəti tərəfindən tutulub və göyərtəsində Hindistana yun mallar üçün gedən biznesmenlər olublar.
Yerli vaxtla saat 18:40-da 15 dəqiqə sonra enməyə hazırlaşan hər iki təyyarə havada bir rayonda olublar. Hər iki təyyarəni idarə edənlərlə Datta soyadlı dispetçer əlaqə saxlayıb. Dispetçer xidmətində haqlı olaraq güman ediblər ki, təyyarələr müxrəlif eşalonla gedir. Ona görə Dattanın monitorunda iki yaşıl qeyd birləşi ekrandan itəndə dispetçer anlaşılmazlıq olduğunu başa düşüb.
Datta bir müddət pilotlarla əlaqə qurmağa çalışıb, ancaq heç kim əlaqəyə çıxmayıb.
Bir az sonra efirə yaxınlıqdan uçan Amerikanın yük təyyarəsi “Lockheed C-141 Starlifter”in kapitanı Timoti Pleys çıxıb. O, səmada parlaq işartı gördüyünü xəbər verib.
Səma birdən al-qırmızı rəngələrlə qızarıb.
Sonradan müyyyən olunub ki, toqquşma zamanı İl-76-nın quyruğu səudiyyə təyyarəsinin sol qanadına çırpılıb.
Toqquşma nəticəsində hər iki təyyarə dağılıb, qalıqları yerdə 7 kilometrlik əraziyə səpələnib. Faciə zamanı təyyarələrin göyərtələrindəki 349 nəfər həlak olub.
Bir məlumata görə, iki, digərinə görə sərnişin təyyarəsindəki 4 nəfər sağ tapılıb. Ancaq onlar da aldıqları xəsarətlərin ağırlığı səbəbindən tibb işçiləri gələnə qədər ölüblər.
Qəzanın araşdırılması üçün Dehli Ali Məhkəməsinin hakimi Rameş Lahotinin rəhbərlik etdiyi komissiya yaradılıb. Qara qutuların oxunmasında Moskva və Britaniyadan mütəxəssislər iştirak ediblər.
Danışıqların tezliklə oxunması göstərib ki, təyyarələrin toqquşmasına başlıca səbəb Qazaxıstan ekipajı ilə dispetçerlə arasında anlaşılmazlıq olub. Nəticədə təyyarələr arasında məsafə nəzərdə tutulan həddə saxlanılmadığından toqquşmadan da yayınmaq mümkün olmayıb.
Qəza yerinə 20 minə yaxın kənd sakini yığışıb. Onlardan bəziləri həlak olanların əşyalarını, pullarını toplayıb aradan çıxıblar. Meyitlər yaxınlıqdakı xəstəxananın ölüxanasına daşınıb. Həlak olanların üçdə ikisi tanınmaz halda olub.
Bəzi məlumatlara görə, təyyarədəki sərnişinlərin milyon dollardan çox pulu olub, ancaq qəza yerində pul tapılmayıb.
Modern.az