Modern.az

Zaqatalada gənclər dəm qazından boğulub - Yenilənib

Zaqatalada gənclər dəm qazından boğulub - Yenilənib

Aktual

6 Dekabr 2016, 00:11

Zaqatalada evdə tapılan meyitlərin yaxın qohum olduğu və dəm qazından boğularaq öldüyü məlum olub. Modern.az saytı xəbər verir ki,  Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Zaqatala rayonu Yuxarı Tala kəndində fərdi yaşayış evində tapılan və üzərində heç bir zorakılıq əlamətləri olmayan meyitlərin Zaqatala rayon sakinləri və dayı-bibi uşaqları olduğu məlum olub.

 

Tapılan meyitlərdən 1995-ci il təvəllüdlü Məhəmməd Akif oğlu Abdullayev Zaqatala şəhəri Sülh küçəsi ev 7, mənzil 33-də, 1993-cü il təvəllüdlü Rövşən Sədi oğlu Mustafayev isə rayonun Yuxarı Tala kəndində hadisənin baş verdiyi ünvanda qeydiyyatdadır.

 

Hadisə baş verən an Məhəmməd və Rövşən evdə tək olublar. Aparılan araşdırma və müayinə zamanı məlum olub ki, onlar dəm qazından zəhərlənərək boğulub ölüblər.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

 

 

21:29

 

 

Zaqatalada fərdi yaşayış evindən iki gəncin meyiti tapılıb. Modern.az saytı xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19:20 radələrində Zaqatala MRX-nın Təcili Tibbi Yardım Stansiyasına rayonun Yuxarı Tala kənd inzibati ərazisindən evdə iki nəfərin boğulması bərədə çağırış gəlib.

 

Çağırış əsasında hadisə yerinə gedən həkim briqadası evdə 20-21 yaşlı Rövşən Sədi oğlu Mustafayev və Məhəmməd Abdullayev adlı şəxslərin hələ ki bilinməyən səbəbdən ölmüş meyitlərini aşkar ediblər.

 

İlkin müayinə zamanı onların dünəndən öldüyü müəyyən edilib. Hazırda Zaqatala rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu