Mosul şəhəri yaxınlığında 8 kənd İŞİD terrorçularından azad edilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı İraq Müdafiə Nazirliyi yayıb. Məlumata görə, terrorçuların istifadə etdikləri dörd yeraltı tunel aşkarlanaraq məhv edilib.
Qeyd edək ki, Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
Modern.az