Modern.az

Baş nazir prezidentliyə namizəd oldu - Fransada

Baş nazir prezidentliyə namizəd oldu - Fransada

5 Dekabr 2016, 22:11

Fransanın baş naziri Manuel Vals 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə baş nazir bu gün bildirib.

 

Manuel Vals sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək. Vals bəyan edib ki, seçkiqabağı kampaniyada iştirak etmək üçün dekabrın 6-da istefa ərizəsini Fransual Ollanda təqdim edəcək.

 

Qeyd edək ki, Fransanın hazırkı prezidenti Fransua Olland ötən həftə prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU