Modern.az

"Qarabağ"ın oyununa 5000 bilet satılıb

"Qarabağ"ın oyununa 5000 bilet satılıb

5 Dekabr 2016, 22:45

Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İtaliya "Fiorentina"sı arasında keçiriləcək oyuna 5000 bilet satılıb. Modern.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Məlumata görə, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma üçün 31 min bilet satışa çıxarılıb. Biletləri oyunun keçiriləcəyi stadionun kassalarından əldə etmək mümkündür.

 

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1 manat, 2 manat, 5 manat, 10 manat və 20 manatdır. VİP sektorlar üçün biletlərin qiyməti 50 manatdır.

 

Xatırladaq ki, "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu