Modern.az

Rəsmi Ankara Rusiyadan gözləntilərini açıqladı

Rəsmi Ankara Rusiyadan gözləntilərini açıqladı

5 Dekabr 2016, 23:08

“Bu, Şimali Kipr və Azərbaycana olan ənənəvi səfərlərdən sonra xaricə ilk səfərimdir. Biz Rusiya baş naziri Dmitriy Medvedevlə, prezident Vladimir Putinlə və Federasiya Şurasının rəhbəri Valentin Matvienko ilə görüşlər keçirəcəyik. Moskvadan sonra Kazan şəhərini ziyarət edəcək və Tatarstan prezidenti Rüstəm Minnixanovla görüşəcəyik. Görüşlərdə iki ölkə arasında viza rejiminin ləğv edilməsi ən böyük gözləntimizdir”. Modern.az saytı xarici mediya istinadən xəbər verir ki, Moskvaya işgüzar səfərindən öncə Türkiyənin baş naziri Binəli Yıldırın bildirib.

Baş nazir vurğulayıb ki,  Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası sazişi ratifikasiya edib: “Bildiyiniz kimi, ötən həftə Türkiyə parlamenti “Türk axını” layihəsinin həyata keçirilməsinə dair sazişi ratifikasiya edib. Hazırda Rusiya Dövlət Dumasından analoji addımın atılmasını gözləyirik”. 

B.Yıldırım qeyd edib ki, Rusiyada aparılan danışıqlarda təyyarə qalmaqalından sonra rəsmi Moskva tərəfindən tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması əsas mövzulardan biri olacaq.

Qeyd edək ki, Türkiyənin baş naziri Binali Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevin dəvəti ilə Rusiyaya səfər edəcək.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu