Rusiya prezidenti Vladimir Putinin Çelyabinsk boru-prokat zavodunun işçiləri ilə görüşündə ondan ən mühüm arzusunun nə olduğu soruşulub.
“Karyeramı uğurla başa vurmaq istəyirəm”, - Modern.az xəbər verir ki, Vladimir Putin belə deyib.
“Prezidentin hobbisi, yaxud hansısa məşğuliyyəti varmı” sualına Putin cavabında qeyd edib ki, dəhşətli dərəcədə səyahət etməyi xoşlayır.
Ancaq Rusiyaya və bütün dünyaya səfərlərə gedəndə bu istəyini həddən artıq iş olduğuna görə reallaşdırmaq mümkün olmur.
“Mənim bu gün bütün səyahətim belə başlayır: mən hava limanına gəlirəm, orada hanısa otağa girirəm, sonra yenidən geri hava limanına, belə çıxır ki, guya harasa getdim.
Əlbəttə, istərdim ki, başqa cür səyahət edim, təbiəti seyr edim, hansısa tarixi yerləri gəzim”, - prezident söyləyib.
Modern.az