Modern.az

Ana doğuş zamanı körpəsini itirib

Ana doğuş zamanı körpəsini itirib

5 Dekabr 2016, 23:55

İmişlidə ana doğuş zamanı körpəsini itirib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, İmişli rayonunun Buludlu kənd sakini, 1993-cü il təvəllüdlü Tarverdiyeva Ayşən İbrahim qızı doğuş zamanı uşağını itirib.

 

9 aylıq körpənin hansı səbəbdən ölü doğulduğu məlum deyil. Körpənin meyiti İmişli rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində müayinə edilib. Yalnız ekspertizanın son rəyindən sonra körpənin ölü doğulmasına pataloji və yaxud həkim səhvinin səbəb olması aydınlaşacaq.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu