Təyyarə qəzasında futbolçularını itirən “Şapekoense” komandası Cənubi Amerika kubokunun qalibi elan edilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, qərar Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən qəbul edilib.
Qeyd edək ki, “Şapekoense” Kolumbiyanın “Atletiko Medelin” klubu ilə dekabrın 1-də finalın ilk oyunu üçün Kolumbiyaya gedərkən qəzaya uğrayıb. 22 "Şapekoense" futbolçusunun da olduğu təyyarədə 81 sərnişin olub. Futbolçulardan yalnız üçü sağ qalıb.
Modern.az