Modern.az

Suriyada rusiyalı həkim öldürülüb - VİDEO

Suriyada rusiyalı həkim öldürülüb - VİDEO

6 Dekabr 2016, 01:25

Suriyanın Hələb şəhərində müxalif qüvvələr Rusiya və Əsəd ordusuna qarşı hücuma keçiblər. Modern.az saytı xəbər verir ki, Axar.az-ın məlumatına görə, döyüşçülər sözügedən şəhərdə Rusiyaya məxsus hospitalı hədəf alıblar.

Məlumata görə, hücum nəticəsində bir rus hərbi həkim həlak olub.

Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib.

Yayılan görüntülərdə rus əsgərlərinin müxaliflərin hücumundan necə qaçdığı da əks olunub.

Bundan əlavə, həmin döyüşlərdə 70-dən çox Suriya əsgərinin öldürüldüyü də bildirilib.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU