Modern.az

Rusiya Hələbdə atəşkəsə dair BMT qətnaməsinə veto qoyub

Rusiya Hələbdə atəşkəsə dair BMT qətnaməsinə veto qoyub

6 Dekabr 2016, 00:54

Rusiya Suriyanın Hələb şəhərində humanitar vəziyyəti yaxşılaşdırmaq üçün yeddi günlük atəşkəs rejiminə dair  BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub.  Modern.az saytı xəbər verir ki, APA-nın Reuters agentliiynə istinadən məlumatına görə, BMT Təhlükəsizlik Şurasının 11 üzvü qətnamənin lehinə, Rusiya, Çin və Venesuela isə əleyhinə səs verib.

 

Qətnaməni tənqid edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, belə bir sənədin qəbul edilməsi terrorçulara yerlərini dəyişməyə imkan verəcək. O, həmçinin səsvermənin Rusiya və ABŞ ekspertlərinin görüşünədək təxirə salmağı təklif edib.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU