Modern.az

Hindistanın “dəmir ledi”si öldü: 5 gün matəm elan olundu

Hindistanın “dəmir ledi”si öldü: 5 gün matəm elan olundu

6 Dekabr 2016, 10:20

Hindistanda Cayaram Cayalalitanın vəfatı, ilə əlaqədar 5 günlük ümummilli matəm elan olunub.

 

Modern.az xəbər verir ki, o, dekabrın 5-də ürək tutmasından Çennae şəhərindəki xəstəxanada dünyasını dəyişib. 

 

Ölkədə bütün bayraqlar endirilməlidir. Cayalalitanın 4 dəfə böyük nazir olduğu Tamilanda ştatında isə 7 günlük matəm elan olunub.

 

Cayaram Cayalalita Hindistan kinosunun keçmiş aktyoru, populyar siyasətçidir.

O, ötən ilin may ayında rəqiblərini böyük fərqlə (88 fazi) geridə qoyaraq 4-cü dəfə Tamilanda ştatının böyük naziri seçilib.

Cayalalita ştatda qadınların həyat şəraitinin yaxşılaşmasına nail olan siyasətçi kimi də tanınırdı.

 

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU