Pekində rayon məhkəmələrindən biri ilk dəfə arvadının zorakılığından çikayət edən kişiyə mühafizə orderi verib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, döyüşkən qadına mənzildən getmək və ərinə 200 metrə qədər məsafədə yaxınlaşmamaq qadağası tətbiq olunub.
Cütlük 2014-cü ildə nikaha girib. Birgə yaşadıqları müddətdə gənclər ən xırda məsələyə görə mübahisə ediblər.
İddiaçının açıqlamasına görə, arvadı birinci dəfə may ayında döyüb və bundan sonra həkimə müraciət etməli olub.
Noyabr ayında birbaşa yeni doğulan qız uşağının gözləri qarşısında residiv baş verib. Kişi bundan sonra məhkəməyə müraciət edib.
Qadın əgər məhkəmənin qoyduğu tələblərə əməl etməsə, onu 15 sutka həbs və min yuan (150 dollara yaxın) cərimə cəzası gözləyir.
Modern.az