Modern.az

Prokuror QMİ-nin sabiq əməkdaşına 12 il iş istədi

Prokuror QMİ-nin sabiq əməkdaşına 12 il iş istədi

Aktual

6 Dekabr 2016, 11:27

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

Modern.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror E.Mustafaoğluna 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.

E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu