Modern.az

Ali Məhkəmə MTN-nin tutduğu şəxsə bəraət verdi

Ali Məhkəmə MTN-nin tutduğu şəxsə bəraət verdi

6 Dekabr 2016, 12:34

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) özbaşnalığının qurbanı olmuş və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şərlənib həbs edilən Mətləb Mustafayev barədə verilmiş kassasiya şikayəti təmin olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib.

Modern.az xəbər verir ki, braədə vətəndaşın vəkili Adəm Məmmədov bildirib.

Mustafayev Mətləb Nəriman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Nəsimi rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. 
Vəkil deyir ki, o zaman hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin hökmünü qüvvədə saxlamışdı.

Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs odlu silahı qanunsuz olaraq əldə etmə, daşıma, gəzdirmə və yaşadığı mənzildə saxlamaqda təqsirləndirilirdi. İstintaq sənədlərində Mustafayev Mətləb Nəriman oğlunun odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə əlaqələrinin olduğu göstərilib.

Onun sözlərinə görə, Mustafayev Mətləb Nəriman oğlunu 11.09.2014-cü il tarixdə Saray qəsəbəsində bağ evində olan zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tutub, əllərinə qandal taxaraq, tapançanı onun barmaqlarına toxundurublar.

“Hüquqlarını müdafiə etdiyim şəxsin təqsirləndirilməsinə dair cinayət işi istintaq tərəfindən yalan və saxta faktlar əsasında qurulmuşdu. Nəsimi rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəmələri tərəfindən işə baxılarkən məhkəmə iclaslarında hakimlərin heç biri cinayət işində olan pozuntulara və işin saxta və yalan məlumatlar əsasında qurulmasına diqqət yetirmədilər”, - vəkil bildirib.



Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu