Modern.az

"Heydər Əliyevin milli siyasəti" kitabı qırğız dilində çap olunub

"Heydər Əliyevin milli siyasəti" kitabı qırğız dilində çap olunub

6 Dekabr 2016, 12:38

Qırğızstanın “Turar” nəşriyyatı azərbaycanlı səfir Hidayət Orucovun "Heydər Əliyevin milli siyasəti" kitabını qırğız dilində nəfis şəkildə çap edib.

Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi bioqrafiyasının az işlənmiş, lakin olduqca önəmli bir səpkisinin - milli siyasət sahəsindəki fəaliyyətinin araşdırılması və şərhinə həsr edilən monoqrafiya ilk dəfə 2001-ci ildə Azərbaycan və rus, sonralar türk, ingilis, ərəb (iki dəfə) və gürcü dillərində nəşr olunub.

Qırğız Respublikasının çoxmillətli və çox konfessialı, həmçinin rus dilinin ölkənin ikinci rəsmi dili olduğunu nəzərə alınaraq əsərin rus dilinə tərcüməsi də kitaba daxil olunub.

Müəllif yola saldığımız əsrin son onillikləri ərzində milli varlığımızın məruz qaldığı ciddi tarixi təlatümlər fonunda Heydər Əliyev milli siyasətinin formalaşması və ardıcıl olaraq həyata keçirilməsini izləyir.

Əsərdə ifrat dərəcədə mərkəzləşdirilmiş sovet rejiminin məhdud imkanlarından maksimum məharətlə istifadə edərək Azərbaycanda milli şüurun dirçəlişi, ziyalıların, xüsusilə də milli ruhun əsas daşıyıcıları olan humanitar sahənin fikir adamlarının repressiya və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, zəngin milli özgürlüyün qorunub-saxlanılması, dövlət idarəçiliyinin bütün sahələrində milli kadrların xüsusi çəkisinin artırılması, güclü sənaye və kənd təsərrüfatı potensialı yaradılması, bu günkü müstəqil Azərbaycanda həyata keçirilən çoxcəhətli və geniş miqyaslı milli siyasət üçün bir tarixi hazırlıq işi kimi qiymətləndirilir. Monoqrafiyada həmçinin bu siyasətin milli müstəqillik konsepsiyası və praktikası, demokratik Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiyası prosesi araşdırılır.

Əsərin fəlsəfi-siyasi publisistika üslubunda səlis və aydın dildə yazılması bütünlükdə xüsusi peşə hazırlığı keçməyənlər üçün çox çətin bir sahənin - milli siyasət sahəsinin problemlərinin geniş oxucu auditoriyası tərəfindən rahat anlaşılmasına imkan yaradır.

Kitab siyasətçilər, siyasi tədqiqatlarla məşğul olan elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, ümumiyyətlə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Əsəri qırğız dilinə Bekten Dıykanbayın çeviribr. Elmi redaktoru Qırğız Respublikasının fövqəladə və səlahiyyətli səfiri, professor Nurlan Aytmurzayevdir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu