Modern.az

Məntiq olimpiadasının qalibləri mükafatlandırıldı

Məntiq olimpiadasının qalibləri mükafatlandırıldı

Aktual

6 Dekabr 2016, 13:16

Lütfi Zadə adına Məktəblərarası 1-ci məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Nizami" kino mərkəzində keçirilən tədbirdə əvvəlcə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb.

 

Modern.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, "İstək" liseyinin direktoru Anar Məmmədov, dövlət rəsmiləri, millət vəkilləri, alimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak edib.

Bilik yarışının qaliblərini təbrik edən təhsil nazirinin müavini Ceyhun Bayramov məntiq olimpiadasının əhəmiyyətindən söz açıb. Ölkəmizdə istedadlı gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri nəzərə çatdırıb.

 

Nazir müavini bu məqsədlə yaradılmış Olimpiadalara Hazırlıq Mərkəzlərinin fəaliyyəti haqqında danışıb.

 

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, böyük azərbaycanlı alim Lütfi Zadənin 95 illik yubileyinə həsr olunmuş məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23849 nəfər V-VI sinif şagirdi iştirak edib.

 

 "Onlardan 2375 nəfərin finalda iştirak hüququ qazanıb. Yekun nəticələrə görə ən yüksək nəticə göstərən 83 şagird mükafatçılar sırasına daxil olub. Məktəblilərin marağı nəzərə belə tədbirlərin hər il keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, BŞTİ və "İstək" liseyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyinə həst olunmuş olimpiada şagirdlərdə məntiqə olan marağı artırılması məqsədi ilə təşkil olunub.

Tədbirin sonunda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərin medal, diplom və digər dəyərli hədiyyələri təqdim olunub.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu