Modern.az

İqtisadiyyat Nazirliyi müxtəlif ssenariləri təhlil edib proqnoz HAZIRLAYIB

İqtisadiyyat Nazirliyi müxtəlif ssenariləri təhlil edib proqnoz HAZIRLAYIB

6 Dekabr 2016, 13:27

“Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya davam edir. Dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər neqativ meyllər Azərbaycan iqtisadiyyatına öz təsirini göstərib. Ixrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan edilib. Problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisinin iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, belə bir şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, konservativ borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti artır:

 

“Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymət dinamikası, Dövlət Neft Fondunun qorunması ilə məhdudlaşdırılmış makroiqtisadi-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb”.

Şahin Mustafayev əlavə edib ki, 2017-ci  il üçün neftin qiyməti 40 dollar götürülüb:

“Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir”.

 

Nazir bildirib ki, koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası üçün əsas şərtlərdir.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu