Modern.az

Azay Quliyev Kristofer Şildslə QHT qanunvericiliyini müzakirə etdi

Azay Quliyev Kristofer Şildslə QHT qanunvericiliyini müzakirə etdi

9 Mart 2011, 19:56

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin layihə rəhbəri Kristofer Şildslə görüşdü.

 

           Şuranın ofisində keçən görüşdə QHT qanunvericiliyi məsələləri müzakirə edildi. Azay Quliyev QHT qanunvericilik bazasının daha da təkmilləşdirilməsi sahəsində ciddi işlərin getdiyini bildirdi. O qeyd etdi ki, QHT-hökumət əməkdaşlığının genişləndirilməsi, QHT-lərin müxtəlif dövlət proqramlarının icrasına cəlb edilməsilə onların ictimai və sosial həyatın bütün sahələrinə nüfuz etməsi, eləcə də cəmiyyətdə şəffaflıq amillərinin gücləndirilməsi məqsədilə QHT fəaliyyətinə aid yeni qanunların işlənib hazırlanması prosesi başlanıb.

 

            A.Quliyev bildirdi ki, Sosial Sifariş haqqında, Peşə Cəmiyyətləri haqqında, Korporativ Sosial Məsuliyyət haqqında, İctimai İştirakçılıq haqqında qanun layihələrinin hazırlanması, həmçinin Reklam haqqında qanuna dəyişikliklər edilməsi üçün Şuranın nəzdində işçi qrup yaradılıb.

 

            Görüşdə bu məsələlərin müzakirəsi üçün yaxın vaxtlarda birgə tədbirin keçirilməsi haqda razılıq əldə edildi.  Modern.az   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...