Modern.az

Amerikalı səfir Qarabağdan DANIŞDI: “Minsk qrupu ilə işləməliyik”

Amerikalı səfir Qarabağdan DANIŞDI: “Minsk qrupu ilə işləməliyik”

6 Dekabr 2016, 14:21

"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün yolların axtarılmasında ATƏT-in Minsk qrupu ilə birlikdə işləməməliyik".

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz “Lragir"in suallarını cavablandırarkən bildirib.

 

Səfir qeyd edib ki, ABŞ-ın Ermənistanla bağlı prioritetləri dəyişməyəcək. Bura ticari-iqtisadi əlaqələrin inkişafı, Ermənistanda demokratik institutlar və şəffaflığın gücləndirilməsidir: “Səfirliyimizin əsas tapşırığı yaxın aylarda ABŞ-ın yeni administrasiyasına Ermənistanın əhəmiyyəti ilə bağlı məlumatları əsaslandırıb təqdim etməkdir”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu