Sosial şəbəkədə İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının homoseksual çınayətdə günahlandırlan adamım edamı ilə bağlı şokedici fotolar yayılıb.
Modern.az xəbər verir ki, Hələbdə ölüm hökmü oxunandan sonra kişini binanın damından atıblar. Bununla kifayətlənməyərək uşaqların da aralarında olduğu kütlə onu ölənə qədər daş-qalaq edib.
Naməlum kişinin gözlərini bağlayıb Maslama məhəlləsindəki binanın damına çıxarıblar. Sonra onu oradan üzü üstə yerə atıblar. Nəticədə homoseksuallıqda günahlandırlan həmin şəxs demək olar ölümcül vəziyyətə düşüb. Bununla kifayətlənməyərək onu daşlayıblar.
İŞİD terrorçuları yüzlərlə seksual azlıq nümayəndəsini edam ediblər. Təkcə avqust ayında Mosulda 4 belə edam reallaşdırılıb.
Terrorçuların Suriyada 25 homoseksualı kütlə qarşəısında edam etdiyi də bildirilir.
Modern.az