Modern.az

Xaricdəki bəzi səfirliklərimiz bağlana bilər

Xaricdəki bəzi səfirliklərimiz bağlana bilər

6 Dekabr 2016, 17:11

“Gələn il üçün Xarici İşlər Nazirliyinə 220 milyon manat vəsait ayrılıb. Bu vəsait kifayət qədər azdır”.

 

Modern.az-ın xəbərinə görə, bunu millət vəkili Fəzail Ağamalı parlamentdə büdcə müzakirələri zamanı deyib.

 

F.Ağamalı deyib ki, maliyyə çatışmazlığına görə xaricdəki bir neçə Azərbaycan səfirliyinin bağlanılması gözlənilir: ““Maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir. Ancaq mənzil kommunal təsərrüfatı birliklərinə isə 300 milyon manat vəsait ayrılıb. Mən başa düşmürəm, bizim üçün səfirliklər daha əsasdır, yoxsa mənzil kommunal təsərrüfat birlikləri?”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu