Modern.az

Prezident istefaya razılaşdı

Prezident istefaya razılaşdı

6 Dekabr 2016, 17:12

Cənubi Koreyanın rəhbəri Pak Kın Xe 2017-ci ilin aprel ayında könüllü istefaya getməyə hazır olduğunu bəyan edib.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, bunu hakim “Senuri” partiyasının lideri Çon Çjin Soka xəbər verib.

 

Sokanın sözlərinə görə, prezident həmin vaxt istefaya getməyə hazırdır.

 

Hakim fraksiyanın rəhbəri qeyd edib ki, həmkarları qərarı dəstəkləyiblər. Növbəti prezident seçkilərinin 2017-ci ilin iyun ayında keçirilməsi gözlənilir.

 

“Senuri”nin üzvləri bundan əvvəl Pak Kın Xenin gələn ilin yayında könüllü öz kürsüsünü tərk etməsi ilə bağlı plan hazırlayıblar. Onlar hesab edirlər ki, yubanmadan hakimiyyətdən məhrum etmək qərarı kompromis olacaq və “hakimiyyət boşluğu” təhlükəsini aradan qaldıracaq.

 

Pak Kın Xe əleyhinə kütləvi çıxışlar ölkədə bir ay əvvəl başlayıb. Təsadüfən aydın olub ki, o, gizli dövlət məlumatını uşaqlıq rəfiqəsi Çxve Sun Sil ilə bölüşüb, hətta onun məsləhəti ilə gələcək çıxışlarının beynəlxalq müqavilələrin mətninə düzəlişlər də edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu