“Əlverişsiz hava şəraiti ilə əlaqədar və təhlükəsizlik səbəbindən Bakı Beynəlxalq Avtovağzalından Bakı-Şamaxı istiqamətində reyslərə məhdudiyyətlər qoyulub”.
Bu haqda Modern.az-a Dövlət Avtomobil Nəzarəti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
O, yolların buz bağlamasını buna əsas səbəb olaraq göstərib:
“Təhlükəsizlik məqsədilə axşam saatlarında həyata keçiriləcək 3 reys təxirə salınıb. Amma gün ərzində yola salınan reyslərdə heç bir problem olmayıb. Şamaxı istiqamətində qar çox yağdığından yollar buz bağlayıb”.
Gülşən RAUFQIZI