Modern.az

Ərzaq məhsullarının mərkəzləşdirilmiş satın alınmasına başlanıldı

Ərzaq məhsullarının mərkəzləşdirilmiş satın alınmasına başlanıldı

Aktual

6 Dekabr 2016, 19:10

Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə  “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Bu məqsədlə Cəmiyyətin “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı (www.tedaruk.az) fəaliyyətə başlayıb.



Modern.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər bir növü üzrə həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalında (www.tedaruk.az) yerləşdirib.

Elana əsasən yerli ərzaq məhsullarının istehsalçıları və ya satıcıları (idxalçıları) portalın  “Tədarük elanları” bölməsində dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması nəzərdə tutulan ərzaq məhsulları üzrə yerləşdirilmiş təlabata dair təkliflərini Portalın “Təklif yerləşdir” bölməsində qeydiyyatdan keçərək təqdim edə bilərlər.


Qeyd edək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsalçıların və digər satıçıların (idxalçılar) fəaliyyətinin və təqdim edilən təkliflərin monitorinqi, habelə həmin ərzaq məhsullarının satın alınması prosedurları Azərbaycan Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na uğun olaraq həyata keçiriləcək.


Həmçinin, elanın şərtlərinə uyğun gələn təkliflərin qiymətləndirilməsi zamanı yerli istehsalçılara üstünlük veriləcək.


Elanda əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin 1652 “Çağrı mərkəzi” və ya “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (012) 555-04-14, (050) 243-28-95 nömrəli telefonları ilə əlaqə saxlamaq tövsiyə olunur.  



Modern.az

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu