Modern.az

Naxçıvanda 4 mindən çox şagird diaqnostikaya cəlb olunub

Naxçıvanda 4 mindən çox şagird diaqnostikaya cəlb olunub

6 Dekabr 2016, 20:56

Naxçıvan Muxtar Respublikasında uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlb edilməsi üçün I-XI sinif şagirdləri arasında kütləvi tuberkulin diaqnostikası – Mantu sınağına start verilib. Modern.az saytı xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində Mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılan xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib. Mantu sınağının ilk günü Naxçıvan şəhərinin 1, 2, 3, 4, 5 və 7 nömrəli tam orta məktəblərində 4 min nəfərdən çox şagird tuberkulin diaqnostikasına cəlb olunub. Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndiriləcək və bu barədə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat veriləcək. Nəticələr qiymətləndirilərkən şübhəli və müsbət reaksiyalı uşaqlar Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstə- likləri Dispanserində dərin ftiziatr müayinəsinə, lazım gələrsə, müalicəyə cəlb olunacaqlar.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu