Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycan ərazisində “reket” jurnalist fəaliyyəti ilə məşğul olan daha bir baş redaktorun cinayət əməllərini ifşa edib. Modern.az saytı Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı DTX xüsusi əməliyyat keçirib. Saxlanılan şəxs “Gündəlik Bakı” qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyevdir.
Əməliyyat təqribən 1 saat öncə Mətbuat prospektində yerləşən “Nəşriyyat” binasında keçirilib.
Modern.az