Ötən gecə Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçirilib. Modern.az-ın məlumatına görə, ilk olaraq A, B, C və D qrupunda yer alan komandalar mübarizəni başa vurublar.
Əsas diqqətlər B qrupuna yönəlmişdi. Çünki son tur öncəsi “Napoli”, “Benfika” və “Beşiktaş”ın 1/8 finala yüksəlmək şansı var idi.
Səfərdə Kiyev “Dinamo”sunun qonağı olan İstanbul klubu qırmızı vərəqələr almaqla darmadağına məruz qalıb. Səfərdə "Benfika"nı məğlub edən "Napoli" isə qrupu zirvədə tamamlayıb. "Benfika" ikinci olduğu halda, "Beşiktaş" ÇL-lə vidalaşıb.
Çempionlar Liqası
VI tur
A qrupu
“Bazel” (İsveçrə) - “Arsenal” (İngiltərə) 1:4
PSJ (Fransa) - “Ludoqorets” (Bolqarıstan) 2:2
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Arsenaı | 6 | 4 | 2 | 0 | 18-6 | 14 |
2 | PSJ | 6 | 3 | 3 | 0 | 13-7 | 12 |
3 | Ludoqorets | 6 | 0 | 3 | 3 | 6-15 | 3 |
4 | Bazel | 6 | 0 | 2 | 4 | 3-12 | 2 |
B qrupu
"Benfika” (Portuqaliya) - “Napoli” (İtaliya) 1:2
“Dinamo” (Kiyev, Ukrayna) - “Beşiktaş” (Türkiyə) 6:0
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Napoli | 6 | 3 | 2 | 1 | 11-8 | 11 |
2 | Benfika | 6 | 2 | 2 | 2 | 10-10 | 8 |
3 | Beşiktaş | 6 | 1 | 4 | 1 | 9-14 | 7 |
4 | Dinamo K | 6 | 1 | 2 | 3 | 8-6 | 5 |
C qrupu
“Barselona” (İspaniya) - “Borussiya” (Münhenqladbax, Almaniya) 4:0
“Mançester Siti” (İngiltərə) - “Seltik” (Şotlandiya) 1:1
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Barselona | 6 | 5 | 0 | 1 | 20-4 | 15 |
2 | Mançester Siri | 6 | 2 | 3 | 1 | 12-10 | 8 |
3 | Borussiya M | 6 | 1 | 2 | 3 | 5-12 | 5 |
4 | Seltik | 6 | 0 | 3 | 3 | 5-16 | 3 |
D qrupu
“Bavariya” (Almaniya) - “Atletiko” (İspaniya) 1:0
PSV (Hollandiya) - “Rostov” (Rusiya) 0:0
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Atletiko | 6 | 5 | 0 | 1 | 7-2 | 15 |
2 | Bavariya | 6 | 4 | 0 | 2 | 14-6 | 12 |
3 | Rostov | 6 | 1 | 2 | 3 | 6-12 | 5 |
4 | PSV | 6 | 0 | 2 | 4 | 4-11 | 2 |
Modern.az