Modern.az

Milli Məclisdə reket jurnalistlərin həbsi məsələsi qaldırıldı

Milli Məclisdə reket jurnalistlərin həbsi məsələsi qaldırıldı

7 Dekabr 2016, 13:54

Deputat Çingiz Qənizadə Milli Məclisin plenar iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatdan danışıb.

Modern.az-ın xəbərinə görə, Çingiz Qənizadə bildirib ki, bu günlərdə DTX daha bir reket saytın rəhbərini həbs edib:

“Qeyri-hökumət təşkilatları, həm də jurnalistika sahəsində reketlərə qarşı ciddi surətdə mübarizə aparmaq lazımdır. Xərçəng xəstəliyi kimi yayılan reket jurnalistlərə qarşı mübarizə aparılmalıdır. Hüquq -mühafizə orqanlarının bu istiqamətdə gördüyü işlər təqdir olunmalı və alqışlanmalıdır”.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu