Modern.az

Biznesmenlər arasında korporativ idarəetmə ilə bağlı müzakirələr aparılıb - FOTO

Biznesmenlər arasında korporativ idarəetmə ilə bağlı müzakirələr aparılıb - FOTO

3 Dekabr 2016, 17:07

“Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ İqtisadiyyatın innovativ inkişafında korporativ idarəetmənin rolu ” mövzusunda tədbirlər keçirilib.

 

Tədbirlərin əsas məqsədi Azərbaycanda biznesmenlər arasında korporativ idarəetmə sisteminin tətbiq edilməsi ilə bu sahədə innovativ metodların yayılmasına və iş adamlarının biznes fəaliyyətlərindəki durumun yaxşılaşdırılmasına səylərin göstərilməsi olub.

 

Tədbirlərdə korporativ idarəetmə sahəsində mövcud problemləri nəzərə alaraq təlimlərin, birgə görüşlərin, diskussiyaların, saytlarda və sosial şəbəkələrdə müzakirələrin təşkili, gənc iş adamlarının korporativ idarəetmə sahəsində məlumatlandırma və maarifləndirmə, gənclərin bizneslə məşğul olmaq istəyənlərə müvafiq hüquqi biliklərinin aşılanması, biznes əlaqələrin qurulması yolu ilə korporativ idarəetmə modelinin yaradılması müzakirə mövzusu olub.

 

Tədbirlərdə xüsusən qaldırılan problemlər ölkəmizdə son illərdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində hökumətin icra etdiyi müvafiq proqramlar vacib sayılacaq istiqamət kimi dəyərləndirilmişdir. Natiqlər Azərbaycan Respublikasının Prezidentinin dəfələrlə çıxışlarında iş adamlarının ölkənin sosial-iqtisadi, siyasi və mədəni fəaliyyətinə aktiv cəlb olunmasını vurğulamış, iş adamlarının təşəbbüslərini, o cümlədən, sahibkarları həvəsləndirmək üçün müxtəlif imkanlardan istifadəni qeyd ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu