Modern.az

“Qarabağ bugünkü çətin oyuna ciddi itkilərlə çıxır

“Qarabağ bugünkü çətin oyuna ciddi itkilərlə çıxır

8 Dekabr 2016, 11:26

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" (Ağdam) İtaliyanın "Fiorentina" (Florensiya) klubu ilə üz-üzə gələcək.  Azərbaycan təmsilçisi “Qarabağ” qrupda sonuncu və həlledici oyununa çıxacaq.

Bəs “Fiorentina” ilə oyunda komandamızın heyyətində hansı futbolçular oynamayacaq?

Məsələ ilə bağlı Modern.az-a “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlama verib.

Nurlan İbrahimov  “Qarabağ”ın  Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Fiorentina” ilə oyuna ciddi itkilərlə çıxacağını deyib.

“ Bildiyimiz kimi Avropa liqasının V turunun  "Slovan"la Çexiyadakı görüşündə xəbərdarlıq alması Maksim və Miçelin bu gün Bakıda "Fiorentina"ya qarşı keçiriləcək matçda oynamasına əngəl yaradıb. Rəşad Sadıqov isə zədəli olduğu üçün iki aya yaxındır ki, oynamır. Amma Rəşad Sadıqovun “Fiorentina” ilə oyunda oynama ehtimalı var. Digər futbolçular isə oyuna tam hazırdır. Komandamızda ruh yüksəkliyi yüksək səviyyədədir”.

 

Qeyd edək ki, “Qarabağ” rəqibinə qalib gəldiyi təqdirdə, Azərbaycan futbolu tarixində ilkə imza ataraq, adını 1/16 final mərhələsinə yazdıracaq. Komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün  PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da ikincilər qalib gəlməlidir.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu