Modern.az

Şirkət sahibi öz əməkdaşlarının istirahətinə 500 min dollar ödədi

Şirkət sahibi öz əməkdaşlarının istirahətinə 500 min dollar ödədi

8 Dekabr 2016, 12:30

Sinqapurun Evolve şirkətinin sahibi Çatri Sityodton 100 əməkdaşının Maldiv adalarında dincəlməsi üçün 500 min dollar xərcləyib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, iş adamı tabeçiliyindəkilərə bu hədiyyəni işgüzarlıqlarına görə edib.

Onların sayəsində qarışıq təkbətək döyüş üzrə turnirlər təşkil edən şirkətin gəliri bu il 2015-ci illə müqayisədə 30 faiz artıb.

Siyodton əməkdaşlarının bu səyahətinin bütün xəsrcini ödəyib. Onların neçə gün istirahət edəcəyi isə bilinmir.

Biznesmen son 5 ildə əməkdaşları üçün bir neçə dəfə belə turlar təşkil edib. Onlar İndoneziya və Tailmada göndəriliblər, beşulduzlu hotellərdə qalıblar.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu