Modern.az

Spiker: “Zahid Oruc, 5 dəqiqə vaxt verirəm”

Spiker: “Zahid Oruc, 5 dəqiqə vaxt verirəm”

8 Dekabr 2016, 13:17

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc vaxt azlığından şikayətlənib.

Modern.az-ın xəbərinə görə, Deputat bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonradan bu, 5 dəqiqəyə endirilib: “Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezizlərim var ki, onlara toxuna bilməyəcəm”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca cavab verib: “Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış”

 

 Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu