Modern.az

Siyavuş Novruzov Qüdrət Həsənquliyevə: “Hökuməti tənqid, Səlim Müslümovu müdafiə edirsiz”

Siyavuş Novruzov Qüdrət Həsənquliyevə: “Hökuməti tənqid, Səlim Müslümovu müdafiə edirsiz”

8 Dekabr 2016, 13:34

“Biz büdcənin təqdimatının yeni formasına keçməliyik. Hər təqdimat aparan öz təqdimatını qısa şəkildə aparmalıdır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında deyib.

 

Deputat bildirib ki, Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm pensiyaların hesablanması, həm də ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirilib:

 

“Əvvəllər ünvanlı sosial yardım alanlarla bağlı siyahı ortaya çıxmırdı, lakin bu məsələlərin eleketronlaşması istənilən şəxsə bu siyahını əldə etmək imkanı yaradıb. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik. Bütün sahələrdən fərqli olaraq sosial sahədə artımlar göz qabağındadır.

Əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni mənzillərin tikilməsinin hər birimiz şahidiyik. Bu baxımdan qanun layihəsini dəstəkləyir və həmkarlarımı bu layihəyə səs verməyə çağırıram”.

 

S. Novruzov çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyevin tənqid və təklifləri ilə  bağlı münasibətini bildirib.

 

Deputatın sözlərinə görə tənqidin və təklifin fəlsəfəsinə baxsaq görərik ki, müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir:

“Çünki iqtidar hökumətin nümayəndəsidir, ona dəstəkdir. Amma tənqidin də forması olmalıdır. Misal üçün hökuməti tənqid edirsiniz, lakin burada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu müdafiə edirsiz. Nəzərə alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür.

 

Bu baxımdan tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi. Belə olan halda, hər kəs düşünür ki, bu tənqidin ona aiddiyatı yoxdur və yaxud bəzi həmkarlarımız çıxanda hökumət üzvlərinə bildirir ki, mən səni nəzərdə tutmurdum. Ona görə də söz konktret ünvana deyilməli və həmin şəxs tənqid edilməlidir ki, işindən nəticə çıxarsın.

Bu gün hər kəs Dövlət Sosial Müdafiə Fondu haqqında fikirlərini bildirirsə, kənd təsərrüfatı və ya digər sahələrlə bağlı fikirlərini konkret səsləndirməlidir. Çünki hökumətin həm yaxşı həm də pis işləyən üzvü var. Pis işləyən üzvünün adını çəkin və münasibətlərinizi də o cür qurun.”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu