Baş nazir Karen Karapetyanla sonuncu iki görüşündən sonra prezident Serj Sarkisyan dar çərçivədə ondan narazılıq edərək şoumen adlandırıb.
Modern.az Ermənistan mediasına istinadən bildirir ki, Sarkisyan Karen Karapetyanın yeni vəzifədə olduğu iki ay müddətində real iş görməməsindən gileylənib.
Sarkisyanın fikrincə, artıq real dəyişikliklərin baş verəcəyi qeyri-real görünür.
Prezident öz ətrafına onu da deyib ki, müsbət addımların əvəzinə yalnız uğursuzluqlardan və bunun səbəbləri haqda danışır, sanki stand up şouda çıxış edir.
Modern.az