Modern.az

Federasiya prezidentləri sifarişlə seçilirlər? - Nazirdən AÇIQLAMA

Federasiya prezidentləri sifarişlə seçilirlər? - Nazirdən AÇIQLAMA

8 Dekabr 2016, 14:22

“Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bir sıra yerli və xarici şirkətlərlə sponsorluq müqavilələri bağlanılacaq”.

Modern.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

O bildirib ki, sponsorlar iki qrupa bölünəcək: "Oyunların 8 əsas sponsoru olacaq. Bu sırada SOCAR, BP, Coca Cola və McDonalds var. İkinci dərəcəli sponsorların sayı isə daha çox ola bilər. Yerli şirkətlər bununla çox maraqlanırlar. Hələ bu barədə məlumat vermək tezdir. Hazırda danışıqlar aparılır. İnanıram ki, bu məsələ müsbət həllini tapacaq".

Azad Rəhimov deyib ki, Azərbaycanda federasiya prezidentləri sifarişlə deyil, özlərinin müraciətləri əsasında seçilirlər.

O bildirib ki, Gənclər və İdman Nazirliyi heç bir federasiyanın işinə qarışmır:

"Sadəcə, hər hansı federasiyada prezident öz ərizəsi ilə işdən çıxarsa, dövlət qurumu olaraq, həmin fererasiyaya rəhbərlik etməsi üçün kiməsə müraciət edə bilərik. Dövlət qurumlarının bu sahədə köməyi bizə çox vacibdir. Bu istiqamətdə işlər aparılır. Hansısa növdə işlər qaneedici olmasa, orada dəyişikliklər baş verir".

Nazir indiyədək postunu tərk etmiş federasiya prezidentlərinin öz ərizələri ilə vəzifələrindən azad olunduqlarını da vurğulayıb.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu