“Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları 24 saat xidmət göstərirlər ki, abonentlərimiz fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunsunlar”.
Bu sözləri Modern.az-a açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Tanrıverdi Mustafayev hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında ciddi problem yaranmadığını bildirib.
"Bu gün səhər saatlarında cəmi 2 dəfə elektrik enerjisi ilə bağlı fərdi müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan qaldırılıb.
Qurum rəsmisi qışa ümumi hazırlığın yüksək səviyyədə olduğunu da deyib.
“Maşın mexanizmlərimiz, materiallarımız, avadanlıqlarımız, dağlıq rayonlarda və aran yerlərindəki işçi qrupumuz hazır vəziyyətidir. Yay fəsli ərzində dayaqlar dəyişdirilib, qəzalı vəziyyətdə olan yerlər yenidən bərpa olunub. Bir sözlə desək, qışa hazırlıq üçün xeyli işlər görülüb. Nə qədər hava kəskinləşsə də elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayacaq. Yaranarsa da, vətəndaşlarımız bizim çağrı mərkəzimiz olan 199-a zəng etsinlər və problem operativ şəkildə aradan qaldırılsın.
Mirmahmud KAZIMOĞLU