Modern.az

Ukrayna və Gürcüstan vətəndaşları üçün Şengen vizası ləğv olunur

Ukrayna və Gürcüstan vətəndaşları üçün Şengen vizası ləğv olunur

8 Dekabr 2016, 16:06

Ukrayna və Gürcüstan vətəndaşları ilə viza rejiminin ləğvi ilə bağlı Avropa Parlamenti və Avropa Birliyinin üzvləri razılaşma imzalayıblar.

 

Modern.az-ın xəbərinə görə, Bu barədə Reuters agentliyi xəbər yayıb.

 

Məlumata görə, razılaşma dekabrın 7-i axşam saatlarında əldə olunub.

 

Vizasız rejimin dəqiq nə vaxt tətbiq ediləcəyi hələlik açıqlanmır, amma Kiyevlə Tbilisi artıq ilin sonunadək viza rejiminin qaldırılacağını ümid edirlər.

 

Avropa komissiyası bundan əvvəl Ukrayna ilə Gürcüstanın vizasız rejimlə bağlı bütün şərtləri yerinə yetirdiklərini bəyan elədi, amma yekun qərar Brüssel görüşünə saxlanmışdı.

 

İndi sənədi Avropa Parlamenti və Avropa  Birliyinə üzv ölkələrin hökumətləri də təsdiqləməlidir.

 

Ağa AKİFOĞLU

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU