Modern.az

Çavuşoğlu Ermənistanı tənqid etdi

Çavuşoğlu Ermənistanı tənqid etdi

8 Dekabr 2016, 16:37

“ATƏT təşkilata üzv ölkələrin ərazisində terrorizmlə eyni səviyyədə dondurulmuş münaqişələrin həllinə də kömək etməlidir”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

 

Onun sözlərinə görə, bu münaqişələr uzun müddətdir davam edir və təşkilata inamı azaldır və əməkdaşlığa xələl gətirir. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyə təhdiddir.

Türkiyəli nazir həmçinin Ukraynanın ərazi bütövlüyünün bərpası üçün çağırış edib.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu