Modern.az

Deputat Mirzəcan Xəlilov: “Çıxışım düzgün təqdim olunmayıb” - TAM MƏTN

Deputat Mirzəcan Xəlilov: “Çıxışım düzgün təqdim olunmayıb” - TAM MƏTN

8 Dekabr 2016, 18:10

Milli Məclisin deputatı Mirzəcan Xəlilov parlamentin dünənki iclasında etdiyi çıxışın ictimaiyyətə düzgün təqdim olumadığını bildirib. Deputat Modern.az-a açıqlamasında deyib ki, o, büdcə müzakirləri zamanı aşağıdakı fikirləri səsləndirib:


- Hörmətli Sədr!

Hörmətli  hökümət  üzvləri!

Hörmətli  deputatlar!

 

2017-ci il  dövlət  büdcəsi artıq 2 gündür  müzakirə olunur. Büdcədəki əsas müddəalar Azərbaycan Respublikası Prezidentinin xüsusi rəyi və tapşırığını  nəzərə  almaqla  sosial  yönümlü hazırlanmışdır. Dövlət büdcəsinə neft gəlırlərindən daxil olmaların  azalması, qeyri-neft sektorundan  büdcəyə daxil  olmaların artırılmasını  vacib etmişdir.

Müzakirə etdiyimiz büdcə paketi də məhz bunu ehtiva edir. Büdcənin hazırlanmasında kifayət qədər təcrübəli mütəxəssislərin rolu özünü göstərir.

Büdcədə geyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır.

Mən Sumqayıt şəhərindən  deputat seçilmişəm. Sumqayıtda möhtərəm Prezidentin diqqət və qayğısı nəticəsində  1 il ərzində edilmiş müsbət  dəyişiklər  göz qabağındadır. Sumqayıtda  atılan  bütün  addımlar  təqdirə layiqdir. Əhalinin rifahı naminə kifayət qədər sosialyönümlü işlər həyata keçirilmişdir.  Evlərin  dam  örtüyü dəyişmiş, yeni liftlər quraşdırılmışdır, məhəllədaxili küçə və səkilər abadlaşdırılmış, coxsaylı iş yeləri yaradılmışdır. Digər görülən işləri sadalamağa vaxt yetməz. Əksəriyətiniz bu işlərlə tanışdır.  Lakin buna baxmayaraq gələcəkdə  qeyri-neft sektoruna təkan veriləcək vacib amillərin adını çəkmək olar. Kimya sənaye  parkı və karbamid zavodunun tikintisi başa çatdıqdan sonra həmin müəssisələr dövlət büdcəsinə və sumqayıtlılara,  eləcə də bütün Azərbaycan xalqına  kifayət qədər gəlir gətirəcək. Sumqayıtda yaradılacaq yeni müəssisələr ölkəyə valyuta  gətirəcək ki, bu da  qeyri-neft sektorunda öz sözünü deyəcək. 

Qeyri-neft sektoruna ən çox töfhə veriləcək sahələrdən biri də aqraq sahədir.  Ölkəmizdə bu sahəyə  diqqət və qayğı artmışdır.

 
Mən Milli Məclısin İqtisadi Siyasət və Sahibkarlıq komitəsinin üzvü kimi bəzi araşdırmalar aparmışam.

 Artıq Azərbaycanda kənd təssərüfatı, heyvandarlıq  və taxılçılıqda  kifayət qədər nailiyyət əldə edilmişdir. Bu gün dövlət  başçısı  cənab İlham Əliyevin tapşırığına uyğun olaraq baramaçılığa, tütüncülüyə, çayçılığa, üzümçülüyə, gülçülüyə, yeni fındıq bağların salınmasına diqqət artırılmışdır.

 Ən vacib strateji  məhsullardan sayılan  pambıqçılığa xüsusi diqqət ayrılmışdır. Belə ki, pambıqçılıq həm iş yerlərinin  çoxluğuna  görə, həm də ölkəyə valyuta gətirməkdə xüsusi köməkk edəcək. Bu sahədə 1 il ərzində sıçrayışa nail oımaq mümkündür.

 Perspektiv inkişafa nəzər salsaq, görərik ki,  yuxarıda qeyd olunan məhsullardan fərqlı olaraq pambıqçılıqdan   2017-ci ildə  bu ilkindən 5-6 dəfə çox gəlir gətirə bilərik. Lakin mütləqdir ki, bu təməl bu günlərdə qoyulsun. 

Bu sahəyə diqqət bir neçə  strukturların birgə fəaliyyəti ilə həyata  keçirilməlidir. Belə ki, mən hesab edirəm 2017-ci ildə 130-135 min  hektar  məhsuldar sahələrə pambıq əkilməlidir.  Bu sahələr yerli İcra Hakimiyyəti orqanları,  Kənd Təsərüfatı  Nazirliyinin  və Meliorasiya  Su Təsərufatı  ASC-nin əməkdaşları ilə birlikdə seçilməlidir. Biz 2017-ci  ildə az xərcləyib, çox məhsul əldə etməliyik.  Əkin üçün o sahələr seçilməlidir ki,  Meliorasiya  Su Təsərufatı   ASC su verməkdə  çətinlik çəkməsin.  Hal-hazırda dren və kollektor sistemi olan torpaqların 40-50%-i  əkilərsə,  hər hektardan 25-30   sentner pambıq  götürmək olar. Mən orta hesabla 22-23 sentner qəbul edirəm  və deyirəm 300 min ton pambıq əldə etmək üçün çətinlik yoxdur. 

Mən yuxarıda qeydlər etdim  ki, bu təməl  bugünlərdə qoyulmalıdır. Hal-hazırda payız şumu davam etdirilir, fermerlər hələ də tam qərarlı deyillər, çoxları öz bostan  və yonca sahələrini pambıqçılıqla əvəz etmək istəmir.  Eyni zamanda pambığın qiyməti indiki halda fermerləri o qədər də qane etmir.  Lakin sonradan pambığın cənab Prezidentin sərancamı ilə əldə edilmiş  hər kiloqramına ödənilən əlavə 10 qəpik fermerləri razı   salmışdır.  Lakin gələn ilin məhsulu üçün  mülahizələrdən görünür ki, məhsulun hər kiloqramı üçün  ümumilikdə 80 qəpik ödənilərsə, fermerlər heç bir  təsirsiz  daha cox  məhsul  götürməyə  çalışacaqlar. 
Arada olan qiymət fərqi təxminən 60 milyon AZN və ya 30 milyon ABŞ dolları təşkil edəcək ki, bu da  həm əkinçinin, həm də tədarükcünü qane edəcəkdir. 

Xalqımız dövlət başçısı cənab İlham Əliyevə inanır,  gərək elə edək ki, insanlar nazirlərə , İcra Hakimiyyəti başçısı və digər qurumların rəhbərlərinə, eləcə də biz millət vəkillərinə də güvənsinlər. Onlarin arasında dialoq aparmaq bizim hər birimizin borcudur.  Milli Məclisdə qəbul etdiyimiz  kooperasiya qanununun həyata keçirilməsində onlara yaxın köməkçisi olmalıyıq. Bu prosses tezliklə başlamalıdır.

 

Mən yuxarıda qeyd etmişdim ki,  mövcud dren kollektorları olan  torpaqlara üstünlük verilməlidir.  Burada da çətinliklər  mövcuddur.  Bunun həlli çox vacibdir. Tarif Şürasının qaz və elektrik enerjisinin  qiymətində etdiyi  dəyişikliklər ən çox  iki qürumda -  Meliorasiya  Su Təsərufatı   ASC-də,  eləcədə  Azərsu ASC-də  özünü göstərəcəkdir. 

Elekttrik enerjisinin qiymətinə edilən artım həm suvarma  suyunun, həm də içməli suyun qiymətinin  artmasını  qaçılmaz edəcəkdir.  Bu da əhali arasında yeni narazılıqların yaranmasına şərait yaradacaq.  

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu