Modern.az

Avtobus minik avtomobilinə çırpılıb: 1 ölü, 1 yaralı

Avtobus minik avtomobilinə çırpılıb: 1 ölü, 1 yaralı

8 Dekabr 2016, 20:13

Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qəza baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Bakı-Gəncə marşrutu ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Qəza nəticəsində “VAZ 21011” markalı minik avtomobilinin sürücüsü, Goranboyun Kələk kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədov Nəsrəddin Əli oğlu ölüb.

Minik avtomobilinin sərnişini, 1969-cu il təvəllüdlü Goranboy rayon Borsunlu kənd sakini Həsənov Habil Cəmşid oğlu isə xəsarət alıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu