Modern.az

Nənə nəvəsini dünyaya gətirib

Nənə nəvəsini dünyaya gətirib

Dünya

8 Dekabr 2016, 21:40

Böyük Britaniyada 44 yaşlı qadın Culi Bredford öz nəvəsini özü dünyaya gətirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Culinin qızı Cesika xərçəngdən müalicə olunduğuna görə, ana ola bilmə şansını itirib. Culi isə qızının arzusunu yerinə yetirmək üçün, surroqat ana olmağa razılaşıb. Bu ilin mayında dondurulmuş embrionlar Culiyə implantasiya edilib. Bir neçə gün əvvəl isə 44 yaşlı nənə qızına oğlan bəxş edib. Körpənin adını Cek qoyublar.

 

Hazırda Cessika xərçəngdən tam sağalıb. Buna baxmayaraq, mütəmadi olaraq həkim yoxlamasından keçir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU