Bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, Azərbaycan çempionu “Qəbələ” qrupda sonuncu oyununu Almaniyada "Maynts" komandasına qarşı keçirib. Komandamız bu dəfə də meydanı məğlub tərk edib. Oyun 2:0 rəqib komandanın xeyrinə başa çatıb. Bununla da “Qəbələ” Avroliqadakı 6 oyunun hamısını xalsız başa vurub.
Modern.az